Süni intellekt Fransada Makrona qarşı "çevriliş" etdi

Bu gün, 05:46 10 dəfə baxılıb

Süni intellekt Fransada Makrona qarşı "çevriliş" etdi


Fransada dövlət çevrilişi ilə bağlı saxta video hazırlanıb.

Süni intellektin köməyilə hazırlanan kadrlar "Facebook" sosial şəbəkəsində yayılıb.

Hətta Fransa Prezidenti Emmanuel Makron saxta videonu sildirə bilməməsindən və Fransanın gülüş mənbəyinə çevrilməsindən gileylənib.

Dövlət başçısının sözlərinə görə, afrikalı həmkarlarından biri videoya rast gəldikdən sonra ona narahatlıq dolu mesajlar göndəriblər.

Qeyd edək ki, süni intellekt tərəfindən yaradılmış süjetdə fransalı jurnalist ölkəsində naməlum polkovnikin rəhbərliyi ilə çevrilişin baş verdiyini elan edir.(oxu.az)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR