Ağ Ev İranın nüvə proqramıni dayandıra bilmədi, 1 ilə 10 nüvə bombası - BŞ kəşfiyyatı

Bu gün, 07:44 7 dəfə baxılıb

Ağ Ev İranın nüvə proqramıni dayandıra bilmədi, 1 ilə 10 nüvə bombası - BŞ kəşfiyyatı


İran bir il ərzində nüvə silahı əldə edə bilər, ABŞ və İsrailin hücumları İranaı nüvə proqramını əngəlləyə bilməyib, Tehranın təxminən bir il ərzində nüvə silahı hazırlamaq potensialı var.

 “Reuters” xəbər verir ki, ABŞ kəşfiyyatı ABŞ və İsrailin İranın nüvə proqramına həlledici zərbə vurmadığı qənaətinə gəlib. Agentlik yazıb ki, qiymətləndirmələrlə tanış olan mənbələr nüvə silahının hazırlanması üçün vaxt cədvəlinin mahiyyətcə dəyişməz qaldığını bildirirlər .

ABŞ prezidenti Donald Tramp tərəfindən başlanan münaqişə Tehranın nüvə ambisiyalarını dayandırmaq məqsədi daşıyırdı. Lakin 7 aprel atəşkəsindən sonra döyüşlər dalana dirənib.
Fevralın 28-də başlayan ABŞ və İsrail hücumları əsasən hərbi hədəfləri hədəfə alıb. İsrail həmçinin ayrıca olaraq nüvə infrastrukturunu da hədəfə alıb.
Hələ 2025-ci ilin iyun ayında ABŞ və İsrail əsas nüvə mərkəzlərinə - Nətənz, Fordo və İsfahana zərbələr endirdi. Nəticədə üç uran zənginləşdirmə zavodu dağıdıldı və ya ciddi şəkildə zədələndi. Buna baxmayaraq, kəşfiyyat İranın hələ də əsas nüvə materiallarına sahib olduğuna inanır.

Beynəlxalq müfəttişlər təxminən 440 kq 60%-ə qədər zənginləşdirilmiş uranı tapa bilməyiblər. Onların bir hissəsi yeraltı tunellərdə gizlədilib.
Beynəlxalq Atom Enerjisi Agentliyi bu ehtiyatların daha da zənginləşdirildikdən sonra 10-a qədər nüvə silahı yaratmaq üçün kifayət olduğunu təxmin edir.

Müharibədən əvvəl İran 3-6 ay ərzində bomba hazırlaya bilirdi. Zərbələrdən sonra bu müddət təxminən 9-12 aya qədər artıb və o vaxtdan bəri dəyişməz qalıb. Səbəb hücumların təbiətidir. ABŞ nüvə obyektlərinin özünə deyil, hərbi infrastruktur və rəhbərlərin sıradan çıxarılmasına diqqət yetiririb.

Keçmiş kəşfiyyat analitiki Erik Bruer qeyd edib ki, İran, ehtimal bütün nüvə materiallarını yerin dərinliklərində saxlayır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR