Keçirilən seçkilərdən sonra Ermənistanı təbrik edən ilk Türk və müsəlman ölkəsi Qazaxıstan olub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanı və “Vətəndaş Müqaviləsi” partiyasını qələbəsi münasibəti ilə təbrik edib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan Baş naziri Nikol Paşinyana təbrik məktubu ünvanlayıb.
Tokayev qeyd edib ki, beynəlxalq müşahidəçilərin əksəriyyətinin ilkin məlumatlarına görə, Ermənistanda seçki prosesi açıq şəkildə, ölkənin mövcud qanunvericiliyinə tam uyğun olaraq və vətəndaşların iradəsini sərbəst ifadə etməsi üçün bütün zəruri şərait yaradılmaqla keçirilib.
Kasım-Jomart Tokayev Nikol Paşinyana Ermənistanın uzunmüddətli milli maraqlarının reallaşdırılmasına yönəlmiş işində uğurlar arzulayıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan dost Ermənistanla qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əməkdaşlığı davam etdirməyə hazırdır.
loading...