Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin sentyabrın 20-nə təyin edilməsi barədə fərman imzalayıb.
Bu barədə sənəd Kremlin rəsmi saytında dərc olunub.
"Yeni çağırış Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatlarının seçkiləri 20 sentyabr 2026-cı il tarixinə təyin edilsin", - deyə fərmanda bildirilir.
Sənəd dərc olunduğu gündən qüvvəyə minib.
Rusiya qanunvericiliyinə əsasən, seçkilər səsvermə gününə ən tezi 110 gün, ən geci isə 90 gün qalmış prezident fərmanı ilə təyin edilməlidir.
loading...