ABŞ Prezidenti Donald Trampın NATO-ya qarşı müntəzəm tənqidlərinə baxmayaraq, Avropa müttəfiqləri kollektiv müdafiə ilə bağlı 5-ci maddəyə sadiqliklərini rəsmi olaraq vurğulamaq və Rusiyanın uzunmüddətli təhdid statusunu bir daha təsdiqləmək niyyətindədirlər.
“Politico” xəbər verir ki, NATO-nun Baş katib Mark Ruttenin hazırda əsas məqsədi diqqəti Vaşinqton ilə hərbi-sənaye əməkdaşlığına yönəltməkdir.
Məlumata görə, bu addım daxili siyasi fikir ayrılıqlarını aradan qaldırmaq və Avropanın artan hərbi xərcləri fonunda Alyansın ABŞ müdafiə sektoru üçün kommersiya faydalarını D.Trampa göstərmək məqsədi daşıyır.
Birgə bəyannamə layihəsinin əsas məqamlarından biri müttəfiqlərin bu il Ukraynaya 70 milyard avroluq hərbi yardım göstərmək öhdəliyidir və növbəti dövr üçün ekvivalent maliyyələşdirməni saxlamaq niyyəti var.
Nəşrin yazdığına görə, Avropa ölkələri Rusiyanı çəkindirmək üçün öz uzaqmənzilli raket qüvvələrini inkişaf etdirməyə çalışırlar, lakin Vaşinqton bu məsələdə təmkin nümayiş etdirib, xüsusən də Pentaqon eskalasiya qorxusu səbəbindən Almaniyaya Tomahawk raketlərinin ötürülməsini bloklayıb.
“Politico” onu da bildirib ki, İran münaqişəsində ABŞ-yə kifayət qədər dəstək verilməməsi ittihamlarından sonra Avropa liderləri Ağ Evi sakitləşdirmək üçün NATO-nun Ankarada keçiriləcək sammitində qəbul olunacaq yekun sənədə Tehranın Hörmüz boğazında naviqasiya azadlığını təmin etməsini və nüvə proqramını inkişaf etdirmək niyyətindən tamamilə imtina etməsi ilə bağlı sərt tələbləri olan bəndlər salmağı planlaşdırırlar.
Qeyd edək ki, iyulun 7-8-də NATO-nun zirvə toplantısı keçiriləcək.
loading...