İranlı nazirdən Bakıya səfəri ilə bağlı AÇIQLAMA - İki vacib sənəd HAZIRLANIR

Bu gün, 06:06 4 dəfə baxılıb

İranlı nazirdən Bakıya səfəri ilə bağlı AÇIQLAMA - İki vacib sənəd HAZIRLANIR


İranın daxili işlər naziri İsgəndər Momeni İran və Azərbaycan arasında əməkdaşlığa dair iki yeni sənədin hazırlanması barədə razılıq əldə olunduğunu bildirib.

IRNA-ya istinadən xəbər verir ki, nazir Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşün iki ölkə arasında əldə olunmuş razılaşmaların icra mexanizmlərinə həsr olunduğunu diqqətə çatdırıb.

Momeninin sözlərinə görə, danışıqlar İran və Azərbaycan prezidentlərinin Türkmənistandakı görüşü zamanı əldə edilən razılaşmaların icrasını əhatə edib və Azərbaycan dövlət başçısı bu tapşırıqların yerinə yetirilməsi üçün zəruri göstərişlər verib.

O, həmçinin bildirib ki, razılaşmaların icrasına nəzarət edəcək məsul şəxslər artıq təyin olunub.

İranlı nazir vurğulayıb ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün heç bir məhdudiyyət yoxdur və əməkdaşlıq bütün sahələr üzrə maksimum dərəcədə genişləndirilməlidir.

Nazir tərəflər arasında qarşılıqlı fəaliyyəti daha da gücləndirmək məqsədilə iki əməkdaşlıq sənədinin - birinin İran və Azərbaycanın daxili işlər nazirlikləri, digərinin isə İranın Daxili İşlər Nazirliyi ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) arasında hazırlanmasının planlaşdırıldığını bildirib.

Momeni görüş zamanı sərhədkeçmə rejimi və ticarət əlaqələri ilə bağlı məsələlərin də müzakirə edildiyini əlavə edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. Səfər çərçivəsində iranlı nazir, həmçinin Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla da ikitərəfli görüşlər keçirib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR