Yerevanda etiraz aksiyasının iştirakçıları dağılmaq qərarına gəldilər

28-07-2016, 10:01 466 dəfə baxılıb

Yerevanda etiraz aksiyasının iştirakçıları dağılmaq qərarına gəldilər














Yerevanda post patrul xidməti binasını zəbt edən silahlı qrupa dəstək aksiyasının iştirakçıları dağılmaq və cümə axşamı yenidən toplaşmaq qərarına gəliblər

Bu barədə RİA Novosti məlumat yayıb.

“Hazırda sakitçilikdir və evlərimizə dağılırıq. Sabah Azadlıq meydanında saat 20:00-da toplaşacağıq”, - aksiya iştirakçılarından biri deyib.

Aksiya Movses Xorenatsi küçəsində post patrul xidmətinin polis tərəfindən mühasirəyə alınmış ərazinin yaxınlığında keçirilirdi. Hüquq mühafizəçiləri iştirakçıları bu ərazidə aksiya keçirməyin qanunsuz olduğuna dair xəbərdarlıq edib və aksiyanı başqa bir yerdə keçirməyə çağırıblar.

Səhər tezdən polis bu küçədə vətəndaşları səbəbi izah etmədən saxlayırdı. İlkin məlumata görə, 150 nəfər saxlanılıb.

Sonradan onların əksəriyyəti evə buraxılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR