Rahib Brunsonun SİRRİ - Tramp Türkiyəyə niyə müharibə elan etdi?

4-08-2018, 14:12 392 dəfə baxılıb

Rahib Brunsonun SİRRİ - Tramp Türkiyəyə niyə müharibə elan etdi?


ABŞ-Türkiyə gərginliyi yüksələn xətt üzrə davam edir. Vaşinqton Türkiyədə FETÖ və PKK terror təşkilatlarına dəstək verən amerikalı rahib Endryu Brunsonun həbsindən sonra Ankaraya qarşı hücuma keçdi və Türkiyənin ədliyyə və daxili işlər nazirinə qarşı sanksiya tətbiq etdi. Bu, Rusiyaya qarşı tətbiq olunan “Magnistki siyahı”sının ilk işartılarıdır.

Bu sanksiyalar F-35 təyyarələrinin satışına qadağanın qoyulması və Türkiyənin beynəlxalq kredit təşkilatlarından kredit almasını məhdudlaşdıran addımların atılmasından sonra üçüncü həmlə idi. Amerika NATO-da bir çətir altında olan müttəfiqinə düşmən kəsilib. Təbii ki, rahib Brunson bir bəhanədir, I Dünya müharibəsinin başlanmasına səbəb olan şahzadə Ferdinandın qətlindən tutmuş tarix boyu dəfələrlə istifadə olunmuş siyasi bəhanələrdən biri...

Məlumdur ki, Amerika Türkiyənin müstəqil siyasətinə və Qərb qarşısında son dövrlər güclənən Şərq alternativindən istifadəsinə dözə bilmir və Brunsonu vasitə olaraq seçib. Lakin Ağ Evin Brunsona bu qədər əhəmiyyət verməsinin arxasında başqa səbəblər də yatır.

Faktor.az bu səbəbləri araşdırıb.

Missioner: İsaya qovuşmaq planı

Amerikalı rahib Endryu Brunson 20 ildir Türkiyənin İzmir şəhərində yaşayır. Bir rahibin 20 il boyunca Türkiyədə yaşaması bu ölkəni sevməsindən irəli gəldiyini düşünmək sadəlövhlük olardı. Brunsonun fəaliyyəti də bunun tam əksini deyir.

Məlumatlara görə, İzmir Diriliş Kilsəsinin keşişi olan Brunson kürd əsilli vətəndaşlar üçün gizli ayinlər təşkil edərək, onları xristianlığa dəvət edir. Yəni Brunsonun əsas işi missionerlikdir. Onun 15 iyul dövlət çevrilişinə cəhd zamanı “İsaya dönmək üçün lazımi şərait yetişdi” mesajı da təsadüfi deyil.

Brunsonun FETÖ terror təşkilatının Pensilvaniyada yaşayan lideri Fətullah Gülənlə çox yaxın münasibətlərinin olması da aşkarlanıb. Həbsinin arxasında dayanan əsas nüans da budur.

Türkiyənin Brunson kartı

Ankaranın amerikalı rahibi həbs etməsi 15 iyul hadisələri kontekstində təbiidir. Çünki dövlət çevrilişinə cəhddən sonra Türkiyə dövləti öz təhlükəsizliyi üçün FETÖ-ya bağlı olan hər kəslə qarşı açıq mübarizə aparır. Lakin Ankara həm də Gülənin Türkiyəyə gətirilməsində Brunsondan siyasi kart kimi istifadə edir.

Ərdoğan Trampın “Qoca rahibi” buraxın çağırışına “Ver rahibi, al rahibi” cavabını vermişdi. Türkiyə lideri ABŞ prezidentinə bununla “Güləni ver, Brunsonu al” mesajını verirdi.

Lakin Güləni təhvil vermək istəməyən Vaşinqton Brunsonu almaq üçün Türkiyəyə qarşı açıq savaş elan etdi. Burada Amerikanın “hegemoniya eqo”su ilə yanaşı, Brunsonun kimliyində gizlənən amil də var.

ABŞ Brunsonu niyə bu qədər istəyir?

Brunson evanqelist təriqətinin nümayəndəsidir. Evanqelistlər dünyanı qiyamətə hazırlayan xristian təriqəti hesab olunur. Onlara görə, bütün dünya xristian dininə sitayiş etməlidir. Bu gün evanqelitlərin Trampın əyləşdiyi Oval kabinetdə “at oynatdığı” məlumdur.

Məlumatlara görə, Trampın köməkçisi Mayk Pens evanqelist təriqətinin qatı üzvlərindəndir. Amerikalı müəlliflər Maykl Dantonio və Peter Eisnerin birgə qələmə aldıqları “Kölgə prezidenti: Mayk Pens haqqındakı gerçək” adlı kitabda evanqelistlərin hədəfi haqda ciddi iddialar mövcuddur.

Müəlliflər yazırlar ki, evanqelistlərin hədəfi təkcə Trampın siyasətinə istiqamət vermək yox, həm də gələcəkdə Mayk Pensi prezident postunda əyləşdirməkdir.

Kitabda iddia olunur ki, evanqelistlər Donald Trampı prezidentlik müddətinin ikinci yarısında devirmək və yerinə Pensi gətirmək istəyirlər. Tramp Oval kabinetdən uzaqlaşdırılsa, ABŞ konstitusiyasına görə, Pens avtomatik olaraq prezidentin səlahiyyətlərini həyata keçirəcək. Bu, baş tutarsa, Pensin həm də 2020 və 2024-cü illərdə prezidentliyə namizəd olmaq və seçilmək şansı var. Ehtimalara görə, evanqelistlərin çevriliş ssenarisini 2019-cu ilin yanvar ayında tətbiq etməyə başlayacaqlar. Çünki bu tarixdə Trampın prezidentlik müddətinin yarısı başa çatacaq. Kitabda Pensin özünün və evanqelist təriqətinin üzvlərinin “seçilmişlər” olduğunu hesab etdiyi yazılır. Pens çıxış yolunu məqsədlərinə xidmət edən bir liderin “Tanrının köməyi ilə” düşmənlərini məğlub edərək, dünyanı xristianlaşdırmaqda görür. Pens Trampı “sənin prezident olmağın Tanrının istəyidir” sözlərinə inandırmağı bacarıb. Məlumatlara görə, evanqelistlər Ağ Evdə zaman-zaman dini ayinlər keçirirlər.

Əslində hər şey məlumdur: Oval kabineti ələ keçirən evanqelistlər öz qardaşları olan Brunsonu n türk torpaqlarında barmaqlıqlar arxasında oturmasını qəbul edə bilmirlər. Lazım olarsa, onlar qardaşlarının xilası üçün ABŞ-ın maraqlarından da imtina edərlər, necə ki, bu gün Tramp Türkiyə kimi müttəfiqi itirməyi belə gözə alır...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR