İspaniyaya məxsus “Eurofighter” qırıcısı Estoniyaya səhvən raket atdı
NATO missiyasının tərkibinə daxil olan İspaniya HHQ-in “Eurofighter” qırıcısı səhvə yol verib.
“İnterfaks”ın verdiyi məlumata əsasən, qırıcı səhvən Estoniyanın hava məkanında “hava-hava”sinfindən olan “AMRAAM” döyüş raketini buraxıb.
Raketin uçuş trayektoriyası, statusu və mövqeyi məlum deyil.
Hadisə yerli vaxtla 15:44-də baş verib.