Donbas da Qarabağın taleyini yaşayır

23-08-2018, 11:12 319 dəfə baxılıb

Donbas da Qarabağın taleyini yaşayır


Rusiyanın keçmiş SSRİ ərazisində yaratdığı separatizm ocaqlarından olan Donbasda bu gün-22 avqustda müddətsiz atəşkəs haqqında razılaşma olub.

Moderator.az "Gordon" nəşrinə istinadən xəbər verir ki, “üçtərəfli əlaqə qrupu yeni dərs ilinin başlanması ilə əlaqədar 29 avqust 2018- ci il gecəyarısından başlayaraq atəşkəs rejimi tətbiq edir. Tərəflər atəşkəs rejiminə əməl etmək üçün zəruri addımlar atmaq öhdəlikləri götürüb”.

Faktiki olaraq Rusiya Qarabağda, Abxaziya və Cənubi Osetiyada, Dnestryanıda əldə etdiyinə Donbasda da nail oldu. ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirdikcə, bu ölkə də separatçı rejimlərə dəstəyi artırmaqla cavab verir. Təəssüf ki, separatizmə məruz qalan dövlətlərin BMT səviyyəsində birgə fəaliyyəti yox səviyyəsindədir. GUAM-ın fəaliyyəti Rusiyada qıcıq yaratdığından və şimal ayısının əlavə problemlər yaratmamağı ucbatından bu ölkələrin fəaliyyəti səmərəsizdir. Qarabağ cəbhəsində isə tam sakitlikdir...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR