"Serj Sarkisyan-Köçəryan ittifaqınn reallaşması ehtimalı olduqca zəifdir"

1-09-2018, 13:38 570 dəfə baxılıb

"Serj Sarkisyan-Köçəryan ittifaqınn reallaşması ehtimalı olduqca zəifdir"


Erməni KİV-də eks- prezidentlər Serj Sarkisyan və Köçəryan arasında gərginliyin azaldığına dair məlumatlar yayılır. Əslində, erməni mətbuatında bu cür məlumatların verilməsindəki əsas səbəb Serj Sarkisyan və Köçəryan ittifaqını görmək istəyirlər. Xüsusilə, Ermənistan Respublikaçı partiyasının nüməyəndələrinin bu barədə cəfaşanlıq göstərdiklərini söyləmək yerinə düşər. Təbii ki, məqsəd birdir- N.Paşinyana qarşı mübarizə.

Serj Sarkisyan-Köçəryan ittifaqı reallaşarsa böyük ehtimal ki, köhnə hökümət nümayəndələri də bu ittifaq ətrafında toplaşacaqlar. Müxalifətin yeni hökümətə qarşı birləşməsi həmçinin Ermənistan daxili siyasətində qütbləşməyə gətirib çıxaracaq və beləcə mübarizə köhnə hakimiyyət nümayəndələri ilə yeni hökümət nümayəndələri arasında gedəcəkdir. Lakin hazırda qəti olaraq kim kimlə mübarizə aparır kim kimin yanındadır tam olaraq söyləmək çətindir.

Düşünürəm ki, Serj Sarkisyan-Köçəryan ittifaqı baş tutsa belə lazımi nəticəni əldə edə bilməyəcəklər və bu ittifaq uğursuzluqla nəticələnəcək. Digər tərəfdəndə bu ittifaqın baş tutacağı ehtimalını da yüksək olduğunu düşünmürəm. Belə ki, müxalifət özü belə vahid siyasi iradə nümayiş etdirə bilmir .

Qeyd etmək istəyirəm ki, Paşinyana qarşı real namizəd olaraq hal-hazırda Ermənistanın 4-cü prezidenti olaraq fəaliyyət göstərən Armen Sarkisyan ehtimalını yüksək dəyərləndirirəm


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR