Kəbədəki faciənin qeyri-adi səbəbi: 107 ölü

12-09-2015, 13:56 780 dəfə baxılıb

Kəbədəki faciənin qeyri-adi səbəbi: 107 ölü

















Kəbədə Ümrə ziyarəti zamanı qaldırıcı kranın aşması nəticəsində ölən ziyarətçilərin sayı 107 nəfərə qalxıb, 238 ziyarətçi isə yaralanıb

azinfo.tv Türkiyə mediasına istinadla xəbər verir ki, müqəddəs torpaqlarda saat təxminən 17:00-dan başlayan fırtınanın ardınca dolu yağıb. Şiddətli yağış 30 dəqiqə davam edib. Küçələri su basıb.

Kəbədə qaldırıcı kran aşıb və böyük dağıntı törədib. Səudiyyə Ərəbistanı Mülki Müdafiə qurumundan verilən məlumata görə, Məkkədəki faciədə ən azı 107 nəfər ölüb, 238 nəfər yaralanıb.

“Rossia Today" faciənin səbəbi barədə qeyri-adi foto paylaşıb. İddiaya görə, kranın aşmasının səbəbi ildırımdır. Azərbaycan Xarici İşlər Nazirliyi xəsarət alanlar arasında azərbaycanlı zəvvarların olub-olmamasının araşdırıldığını bildirib. APA-nın məlumatına görə isə Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlara heç bir zərər görməyib; onlar Mədinədə mehmanxanalara yerləşdirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR