Bir desinformasiya ilə iki ölkəni "vurublar"... - TƏHLİL

20-12-2018, 13:52 516 dəfə baxılıb

Bir desinformasiya ilə iki ölkəni "vurublar"... - TƏHLİL


Rusiyanın “EADaily” saytının yaydığı informasiyaya görə, Bolqarıstandan Ermənistana iki aydan çoxdur ki, silahla dolu yüklər göndərilir. İl-62 yük təyyarəsi İrəvan-Burqas-İrəvan marşrutu ilə gündə bir dəfə uçaraq burada müvafiq yükün boşaldılmasını həyata keçirir.

Sayt silah satışının ABŞ-ın təşəbbüsü ilə baş tutduğunu və bunun Rusiya ilə Ermənistan arasındakı 100 milyon dollarlıq müqavilənin pozulması məqsədilə həyata keçirildiyini bildirir. Məlumatda son bir həftə ərzində Bolqarıstanın “Rada Airlines” hava şirkətinə məxsus İl-62 təyyarəsinin “EW-450TR” qeydiyyat nömrəsi altında Ermənistana uçduğu göstərilir.

Məsələ barədə AzNews.az-a danışan politoloq Elxan Şahinoğlu isə hesab edir ki, bu, dezinformasiyadır və belə xəbərləri tirajlamaq olmaz:

“Bu xəbərin Azərbaycanda tirajlanmasının əleyhinəyəm. Öncə yoxlanılmalı və dəqiqləşdirmələr aparılmalıdır. Bu xəbər Azərbaycan-Bolqarıstan, Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirmək məqsədi də daşıya bilər, dezinformasiyadır. Çox təəssüf ki, ermənilər tez-tez belə dezinformasiyalar ötürürlər, Azərbaycan informasiya məkanı da bunu dərhal yayır. Bunun ətrafında şərhlər verilir və xəbəri belə demək mümkünsə faktiki qanuniləşdirirlər. Ona görə bu xəbər dəqiqləşdirməlidir ki, niyə ABŞ Bolqarıstan üzərindən Ermənistana silah verir? Bolqarıstan niyə bu prosesdə iştirak edir və s.”.

Politoloq lavə etdi ki, ABŞ və Bolqarıstan Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir:

“Onu da nəzərə almaq lazımdır ki, gələn ildən TAP layihəsi işə düşür. Azərbaycan Bolqarıstana qaz ixrac edəcək, ölkənin qazlaşdırılmasında yaxından iştirak edəcək. Görünür, bəzi qüvvələr Azərbaycan-Bolqarıstan əməkdaşlığından da narahatdır. Ona görə də mən istisna etmirəm ki, bu qəsdən ortaya atılmış bir dezinformasiyadır”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR