Aleksandr Fomin Azərbaycan və Ermənistana silah tədarükündən danışdı

18-07-2016, 10:29 564 dəfə baxılıb

Aleksandr Fomin Azərbaycan və Ermənistana silah tədarükündən danışdı













“Hərbi-texniki əməkdaşlığın əsas məqsədi regionda və ümumilikdə dünyada sülh və sabitliyi qorumaqdır”

Rusiya Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi dövrdə Azərbaycan və Ermənistana hərbi-texniki təchizatı zamanı pariteti qorumağa çalışıb.

Bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiyanın Hərbi-Texiniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) başçısı Aleksandr Fomin deyib.

“Münaqişələr hansısa bir tərəfin yaxşı və ya pis silahlanmasına görə başlamır. Bununla belə, paritetə çalışmaq lazımdır. Rusiya da həm mütləq baxımdan, həm də əsas silah sistemlərinın sayında və keyfiyyətində pariteti qorumaq üçün səy göstərir”, - A.Fomin qeyd edib.

Onun sözlərinə görə, hərbi-texniki əməkdaşlığın əsas məqsədi konkret ölkədə, regionda və ümumilikdə dünyada sülh və sabitliyi qorumaqdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR