Proşenko və “Kənd müəllimi”nin döyüşü – QALIB KIM OILACAQ

12-04-2019, 10:23 348 dəfə baxılıb

Proşenko  və  “Kənd müəllimi”nin döyüşü – QALIB KIM OILACAQ

Ukraynadakı seçkinin nəticəsi hamını təəcübləndirdi. Ancaq bu ölkənin qərbyönümlü siyasətdən geri çəkiləcəyinə səbəb olmayacaq. Sadəcə birinci tur Poroşenko siyasətinin tam iflasını göstərdi.
Ukraynalılar çətin seçim qarşında qalıblar: ya status-kvo-nu saxlamalı, ya da məchulluğa doğru getməli.


Azerinfo.tv bildirir ki, aktyor Zelenski birinci tutda hazırki prezidenti üstələdi.Ona görə 3 həftə sonra onlar yenə üz-üzə gələcək. Siyasətdə yeni olan Zelenski exit-pollar-ın nəticəsinə görə seçicilərin 30 faizinin etibarın qazandı. Poroşenkoda bu rəqəm cəmi 18 faiz təşkil edib.
Ukraynanın sabiq baş naziri Yuliya Timaşinko 14 faiz səslə üçüncü yerdə qərlaşdı.
Poroşenko məğlubiyyətini “ çətin sınaq” kimi dəyərləndirib.
Zelenski isə əksinə, tərəfdarlarına çox xoşbəxt olduğunu deyib. Ancaq onlara hələ mübarizənin başa çatmadığını, 2-ci tur olacağını xatırladıb.
Maqnatr və milyarder Poroşenko 2014-cü il Maydan hadisələrindən sonra prezident seçilmişdi.
Söz vermişdi ki, ölkənin şərqindəki rusiyapərəst separatçılarla müharibəyə son qoyacaq. Həm də islahatlar keçirəcəyinə söz vermişdi.
Lakin dəyişən bir şey olmadı. Düzdür, son həftələrdə onun reytinqi bir balaca artıb. Məhz ona görə prezident səs yığaraq mübarizəsini 2-ci tutda davam etdirəcək. Lakin onun fəaliyyətindən narazılıq çoxdur.
Məhz bu narazılıq Zelenskinin müvəffəqiyyətinə səbəb oldu. Zelenskinin siyasi təcrübəsi yoxdur. “Xalqın qulluqçusu” adlı serialda o yoxsul kənd müəllimi obrazını canlandırıb. Maraqlıdır ki, həmin kənd müəllimi qəfildən prezident olur.
41 yaşlı aktyor uzun müddətdir daxildə müharibə aparan, siyasi arenası burulğana oxşayan, oliqarxların meydan suladığı 40 milyonluq ölkəni idarə edə biləcəkmi? Bu artıq başqa bir sualdır.
Zelenskinin seçki proqramı çox dumanlıdır. Ancaq islahatlara davam etmək vədi var.

Seçki kompaniyası zamanı o jurnalistlərə müsahibə vermədi, Poroşenko və Timoşenko ilə teledebatlardan imtina etdi. Seçiciləri ilə yalnız mitinqə oxşayan görüşlər keçirdi.
Bu səbəbdsən çoxları onun yaxşı prezident olacağına şübhə edir. Seçkiyə qatılan vətəndaşlardan biri deyir ki, o kloundur, Poroşenko isə yaxşı-pis stabilliyin qarantıdır.
Yəni vətəndaşlar”pis” və “ən pis” arasımnda seçim etməli olacaqlar. Məhz buna görə Poroşenkaya 2-ci tura keçməyə şans verildi.
Bundan başqa Poroşenko Zelenskinin ukraynalı oliqarxlarla yaxın təmaslarına insanlara diqqət yetirməyi tövsiyyə edib.
Yuxarıda adını çəkdiyimiz serial məhz Ukraynanın ən qüdrətli oliqarxı İqor Kolomoyskinin “1+1” telekanalında nümayiş etdirilir. Kolomoyskinin müxtəlif fəaliyyətli şirkətləri, bankları, media strukturları var. Zelenski onunla əlaqəsinin olmasını iddia etsə də çoxları bunu əksini düşünür.
Üstəlik ötən həftə Kolomoyskiy müsahibə verib ki, seçkidə hər “yoldankeçən” qalib gələ bilər, bircə Poroşenkodan başqa.
Tanınmış oliqarxın Timoşenkoya da dəstək verdiyi idda edilir.

Ilqar Atabəyli


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR