Poroşenko, özünü və ölkəni biabır eləmə - Timoşenko

21-12-2018, 14:59 336 dəfə baxılıb

Poroşenko, özünü və ölkəni biabır eləmə - Timoşenko

Ukraynanın "Batkivşşina" partiyasının lideri Yuliya Timoşenko ölkə prezidenti Pyotr Poroşenkonu siyasi repressiyalarda ittiham edib. FaktXəbər bildirir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, fraksiyasının nümayəndələri Çerkassı vilayətinində hüquq-mühafizə orqanları tərəfindən təqibə məruz qalır: "Əgər kimsə düşünürsə ki, Ukraynada siyasi repressiyalar sona çatıb, təəssüf ki, dərindən yanılır. Mən yerli seçkilərə üç gün qalmış Çerkassı vilayətindən çox ciddi siqnal aldım".

Timoşenko həmçinin fraksiyasına qarşı təzyiqlərin dayandırılması məqsədilə Ukrayna prezidentinə müraciət edib: "Şəxsən Pyotr Poroşenkoya müraciət edirəm: Bəsdirin! Özünüzü və ölkəni biabır eləməyin! Sizin hakimiyyətinizə dörd ay qalıb".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR