Günümüzdə dilənçiliyin müxtəlif formaları müşahidə olunur

3-10-2015, 16:04 673 dəfə baxılıb

Günümüzdə dilənçiliyin müxtəlif formaları müşahidə olunur













Əl açanlar, müqəddəs şəxslərin şəkillərini "paylayaraq" əvəzində pul istəyənlər, "pulum oğurlanıb, yolda qalmışam",- deyənələr, hətta xarici maşının yolda saxlayaraq, guya yolda qaldıqlarını deyənlər var.

Bu barədə dəfələrlə məlumat vermişik. Lakin FaktXəbər olaraq bu gün təqdim edəcəyimiz dilənçilik forması isə nə görülüb, nə də eşidilib. Hadisə maşına quraşdırılmış qeydiyyat kamerası tərəfindən qeydə alınıb.

Kadrlardan görünür ki, arxadan gələn maşın öndə gedən avtomobilə işarə verərək sağa çəkməsini istəyir. Sonra maşından düşərək gəlir və sürücü ilə salamlaşır. Qısa müqəddimədən sonra isə deyir ki, maşınında Hacı xanım var, Kərbəladan hədiyyə gətirib. Qurban niyyətinə vermək istəyir. Maşının içindəkilər razılaşırlar.

Həmin adam maşından bir hədiyyə gətirir və deyir ki, ceyran dərisindən hazırlanan Qurandır. Şablon söhbətdən sonra məlum olur ki, bu "hədiyyə" üçün 25 manat ödəmək lazımdır. Əlbəttə, maşında olan "qismətli sürücü" bunun fırıldaq olduğunu dərhal anlayır. Bunu onun sözlərindən də başa düşmək olar. Ancaq yəqin ki, Müqəddəs Kitabın hörmətinə qarşısındakına heç nə bildirmir...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR