220 milyonu var, amma xərcləyə bilmir - Dünyanın ən bədbəxt milyonçusu

15-01-2021, 12:31 119 dəfə baxılıb

San-Fransiskoda yaşayan Stefan Tomas adlı Almaniya vətəndaşı içində 220 milyon dollar olan "Bitkoin" hesabının şifrəsini unudub.

Milli.Az xəbər verir ki, alman proqramçının şifrəni doğru təxmin edə bilmək üçün sadəcə 2 şansı qalıb.

S.Tomas yanlış təxminlər etsə, hesabı batacaq.

"Nyu-York Tayms"a açıqlama verən proqramçı ən çox istifadə etdiyi şifrə formalarını sınaqdan keçirdiyini, lakin heç biri işə yaramadığı üçün pullarını götürə bilmədiyini deyib.

Qeyd edək ki, S.Tomas 2010-cu ildə biri 4 dollara olan 7 min 200 ədəd "Bitkoin" alıb. Hazırda "Bitkoin"lərinin biri 35 min dollara yaxın dəyər daşıyır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR