Dünyada bir ilk: Bu oteldə robotlar çalışır...
![]()
Gənc əhalinin azlığı və doğuş nisbətlərinin azalmasına görə məşğulluq problemini fürsətə çevirməyə qərar verən Yaponiyadakı bir otel zənciri otel əməkdaşı olaraq robotlardan istifadə edir.
4 dil bilən robotlar insanlara oxşayır və otel müştərilərini qarşılayır. Qonaqlarla söhbət edən robotlar “çox şirinsən” kimi komplimentlərə da təşəkkür edərək qarşılıq verir.
Moderator.az xəbər verir ki, hər xidmətin robotlar vasitəsi ilə təmin edildiyi oteldə qonaqları son texnologiyaya sahib otaqlar qarşılayır.
İnternet əlaqəsi sayəsində beynəlxalq çıxışlar edə bilən ağıllı telefonlar, istilik dəyəri və işıqlandırmanın həm otel daxilindən, həm də xaricdən nəzarət edilməsi kimi imkanlar açır. Hətta qarderoblar içinə qoyulan geyimləri yuyub qurudub ütüləyərək geyinməyə hazır hala gətirir.