Terrorçular oteli ələ keçirdi – Ölənlər var, 170 nəfər də girov götürülüb

20-11-2015, 14:26 667 dəfə baxılıb

Terrorçular oteli ələ keçirdi – Ölənlər var, 170 nəfər də girov götürülüb
















Malinin paytaxtı Bamakoda cihadçılar «Redisson Blu» otelinə basqın ediblər

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa telekanallarından biri məlumat yayıb.
«Otelin 7-ci mərtəbəsinin dəhlizində atışma gedir, silah səsləri ara vermir» deyə, xəbərdə bildirilir.
İlkin məlumatlara görə, otel işçiləri və müştərilər arasında ölənlər var. Həmçinin terrorçuların 170 nəfəri girov götürdüyü bildirilir. Onlardan 30-u otel əməkdaşı, qalanları qonaqlardır.
«Europe 1» radiostansiyası bu oteldə əsasən məmurların istirahət etdiyini bildirir.
Oteldə atışma bu dəqiqələrdə də davam edir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR