Kvejoviç Qulinin öldürülməsi üçün milyon dollara killer axtarır

2-10-2019, 00:01 467 dəfə baxılıb

Kvejoviç Qulinin öldürülməsi üçün milyon dollara killer axtarır


Kriminal aləmdə Badri Kutaisski kimi tanınan Badri Koquaşvili və Azərbaycanın əsas kriminal avtoriteti Nadir Səlifov (Quli) arasında qarşıdurma həlledici mərhələyə keçib. Hətta iddia olunur ki, qarşı-qarşıya gələnlər arasında ölüm halları da baş verə bilər və belə bir təhlükə əsas fiqurları da gözləyir.

Koquaşvili məğlub olmuş vəziyyətdədir. Çünki Səlifovun gücü, pulu, yaraqlıları və mafiya arasında dəstəyi çoxdur. Bildirilir ki, Kutaisskinin hətta ən qızğın tərəfdarları da Qulinin haqlı olduğu qənaətindədirlər.

“Qanuni oğrular” Emzar Caparidze (Kvatiya) və Quram Çixladze (Kvejoviç) Səlifovun qarşısında şəxsən tövbə etməlidirlər ki, onu “oğru” elan etməyiblər. Əks halda onlar məhv ediləcəklər.

Qeyd edilir ki, Səlifovun “oğru” statusu ilə bağlı tərəddüd edən istənilən “Qanunçu” o dünyaya göndəriləcək.

İddialara görə, Koquaşvili yaranmış vəziyyəti yaxşı anladığından Moskvada 10 nəfərə yaxın mühafizəçinin əhatəsində zirehli maşınla hərəkət edir. Bundan başqa, onun müttəfiq axtarmaq üçün Avropaya getdiyi də verilən məlumatlar sırasındadır.

İddialara görə, belə bir vəziyyətdə zərbə Koquaşvili, yaxud Qulinin özünə dəyməsə də, yaxın adamlarından kiməsə vurula bilər.

Son məlumata görə, “qanuni oğru” Kvejoviç Qulinin öldürülməsi üçün milyon dollara killer də axtarır.reytinq.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR