Qulinin bacısı oğlu Türkiyədə vuruldu

2-02-2020, 22:10 843 dəfə baxılıb

Qulinin bacısı oğlu Türkiyədə vuruldu

Gürcü əsilli “qanuni oğru” Quram Çixladze (“Kvejoviç”) Türkiyədə saxlanılıb.

Bu barədə “Praym Kraym” agentliyi məlumat yayıb. Çixladze yanvarın 31-də Türkiyə polisinin əlinə keçib.

Quram Çixladze azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla (“Quli”) insidentdən sonra gündəmə gəlib. Ötən ilin avqustunda İstanbulda otellərin birində Nadir Səlifovla görüşən Quram Çixladze onunla saymazyana danışıb. Bu zaman “Quli”nin yanında olan qazax əsilli kriminal avtoritet

Arman Cumagəldiyev (“Arman Dikiy”) onu yumruqla vurub. Nadir Səlifovun getdikcə oğru dünyasının bir nömrəli personasına çevrilməsini həzm etməyən bir qrup kriminalitet bu faktdan “Quli”yə qarşı istifadə etməyə cəhd göstərib. Lakin Nadir Səlifov kriminal aləmin ali statusundan məhrum etmək mümkün olmayıb. Bundan sonra Quram Çixladze və tərəfdarları İstanbuldakı restoranların birində dostları ilə birgə əylənən Nadir Səlifovun bacısı oğlu Məhəmməd Qurbanova (“Maqa Rustavskiy”) hücum ediblər. Nəticədə “Maqa Rustavski” bir neçə bıçaq zərbəsi alıb. O, təcili xəstəxanaya çatdırılıb. Bu hadisə “Kvejoviç”i Türkiyə polisinin hədəfinə gətirmiş və o axtarışa verilmişdi.

Maraqlıdır ki, Quram Çixladzenin saxlanılması ilə Türkiyəyə gələn 16 nəfərlik kriminal dəstənin ələ keçməsi eyni günə təsadüf edir. Həmin dəstəyə ukraynalı Anri Maliy adlı şəxs rəhbərlik edib. Bir rus, dörd gürcü, üç ukraynalı və səkkiz azərbaycanlıdan ibarət olan dəstə “Quli”yə sui-qəsd üçün Türkiyə gəlibmiş/Yenisabah.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR