Bakıda gənc oğlan 15 yaşlı qızı aldadadıb cinsi əlaqədə oldu

10-06-2020, 19:33 335 dəfə baxılıb

Bakının Xəzər rayonunda on altı yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan şəxsə cinayət işi açılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, paytaxt sakini İbrahimov Amin İbrahim oğlunun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Amin İbrahimov rayon ərazisində 15 yaşlı qızla cinsi əlaqədə olub. O, həmin qızı aldadaraq cinsi əlaqədə olub.

Belə ki, Amin İbrahimov zərərçəkmiş qızla evlənəcəyini vəd edib, onunla bir müddət cinsi əlaqədə olub.

Daha sonra huquq-mühafizə orqanlarına şikayət edilib.

Şikayət əsasında Amin İbrahimov həbs edilib.

Amin İbrahimovun barəsində olan cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Əkrəm Qəhrəmanovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR