Xırdalanda slahlı İNSİDENT - 30 yaşlı gənc güllə yarası alıb

12-06-2020, 18:04 247 dəfə baxılıb

Abşeron rayonunda 30 yaşlı şəxs ehtiyatsızlıqdan özünü güllələyib.

“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Şirəliyev Ramil Namiq oğlunun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində atəş açılıb və o güllə yarası alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin sol yarısının deşilmiş yarası diaqnozu qoyulub, əməliyyata götürülüb.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR