Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Ağcabədi rayonunun Hüsülü kəndində 960 şagird yerlik tam orta məktəb binasının tikintisi üzrə satınalmasını həyata keçirir.
Məktəb binasının inşası üçün ayrılan maliyyə vəsaitinin ümumi məbləği 9 172 580,14 manat təşkil edir.
Müasir standartlara cavab verəcək yeni təhsil müəssisəsinin istifadəyə verilməsi Hüsülü kəndində şagirdlərin təlim-tərbiyə şəraitinin müasirləşdirilməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.//Yeni Sabah
loading...