Bakıda kişi arvadını yatdığı yerdə əvvəlcə çəkiclə vurub sonra boğazını kəsdi - TƏFƏRRÜAT

24-06-2020, 19:23 243 dəfə baxılıb

Bakıda həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Fazil Həsənovun cinayət işi.
Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Bakı şəhəri, Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.

Daha sonra polisə gələrək könüllü təslim olub.

İstintaqla müəyyən olunub ki, 2017-ci ilin dekabr ayında Bakı şəhərinə köçəndən sonra Fazil Həsənov arvadı Xoşqəmən Həsənovanı mütəmadi döyüb, zorakı hərəkətlərlə ona güclü fiziki ağrı və psixiki istirablar verib.
Saxlanılan Fazil Həsənov ifadəsində bildirib ki, Xoşqədəm Həsənova ilə Quba rayonunda ailə qurub yaşadıqdan bir müddət sonra Bakıya köçərək Nərimanov rayonunda kirayədə yaşayıblar. Özü tikintidə fəhlə, arvadı isə çörək sexində işləyib. Arvadı ilə münasibətləri pis olub və ailə münaqişə zəmnində həmişə onu döyüb.

Okytabr ayının 20-si gecə saat 3 radələrində arvadını öldürmək qərarına gələn Fazil Həsənov evlərinin dəhlizində olan yardımçı otaqdan götürdüyü çəkiclə divanda yatan arvadının baş nahiyyəsinə bir neçə zərbə vurub. Arvadı Xoşqədəmin ölmədiyini görən Fazil evdəki əl-üz dəsmalı ilə onu boğmağa başlayıb. Xoşqədəm Həsənovanın xırıltı səsinin kəsilmədiyini görən əri eyvandan götürdüyü bıçaqla onun boğazını kəsib. Beləliklə köməksiz vəziyyətdə olan qadını xüsusi amansızlıqla qətlə yetirib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR