Azərbaycanın dostuna qarşı ağır ittiham – Ölkə başçısı onu ömürlük həbsə göndərir

Bu gün, 10:00 6 dəfə baxılıb

Azərbaycanın dostuna qarşı ağır ittiham – Ölkə başçısı onu ömürlük həbsə göndərir


Macarıstanda siyasi qarşıdurma son dərəcə təhlükəli mərhələyə keçib.

Musavat.com xəbər verir ki, ölkənin keçmiş baş naziri, Azərbaycanın yaxın dostu kimi tanınan Viktor Orban dövlət çevrilişinə hazırlıqda ittiham olunub.

Macarıstanın hazırkı baş naziri Peter Madyar sələfi Viktor Orbanı dövlət çevrilişinə hazırlıqda günahlandıraraq, belə cinayətə görə ömürlük həbs cəzasının nəzərdə tutulduğunu xatırladıb.

Qarşıdurmaya Orbanın son çıxışı səbəb olub. Keçmiş hökumət başçısı Macarıstan müxalifətinin hazırkı hakimiyyətə qarşı ümummilli müqavimətə hazır olduğunu bildirib. O, bu məqsədlə insanlara müvafiq vasitələrin paylana biləcəyini, kiməsə daha küt, kiməsə isə daha iti alətlərin veriləcəyini söyləyib.

Peter Madyar bu açıqlamaya sərt reaksiya göstərib.

“Bu gün Viktor Orban gülərək silahlı üsyandan və konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsindən danışıb. Bu, dövlətə qarşı ən ağır cinayətlərdən biridir”, – deyə baş nazir sosial şəbəkədə yazıb.

Madyar Macarıstan Cinayət Məcəlləsinin konstitusiya quruluşunu devirməyə cəhd və belə cinayətə hazırlıqla bağlı maddələrinə istinad edib.

O bildirib ki, bu əməllərə görə 5 ildən 20 ilədək, hətta ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR