İki uşağı ilə birlikdə özünü binadan atan ana hakim önündə - Onu ağır cəza gözləyir

30-04-2021, 11:47 133 dəfə baxılıb

İki uşağı ilə birlikdə özünü 4-cü mərtəbədən ataraq intihara cəhd edən qadın hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1991-ci il təvəllüdlü Nigar Cəfərovanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 20-də Yasamal rayonunda baş verib.

Nigar Cəfərova azyaşlı övladları 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atıb, daha sonra isə özünü də həmin yerdən atıb.

Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalıblar.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Elan olunmuş ittiham məhkəmə araşdırması zamanı sübuta yetirilərsə N.Cəfərova 10 ildən artıq azadlıqdan məhrum edilə bilər.

İlkin məlumata görə N.Cəfərovanın bu addımı atmasına səbəb ailə münaqişəsi olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR