Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu: 10-a yaxın zəncirvari qəza baş verdi - FOTO

9-01-2023, 10:48 72 dəfə baxılıb

Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu: 10-a yaxın zəncirvari qəza baş verdi - FOTO


Bakı-Sumqayıt yolunda acınacaqlı vəziyyət yaranıb.

Trend xəbər verir ki, axşamdan başlanan qar yolda hərəkəti iflic vəziyyətə salıb.

Yolun hərəkət hissəsi qar və buz örtüyü ilə bağlandığından hərəkət dayanıb. Yolun Abşeron rayonu ərazisindən keçən kilometrlərlə ərazi tam buz bağlayıb. Nəticədə yolda 10-a yaxın zəncirvari qəza baş verib.
Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Yol polisi və post patrul xidməti əməkdaşları yolda idarəetməni itirən avtomobillərə yardım edərək hərəkəti təmin etməyə cəhd göstərir.

Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu: 10-a yaxın zəncirvari qəza baş verdi - FOTOBakı-Sumqayıt yolunda hərəkət iflic oldu: 10-a yaxın zəncirvari qəza baş verdi - FOTOBakı-Sumqayıt yolunda hərəkət iflic oldu: 10-a yaxın zəncirvari qəza baş verdi - FOTOBakı-Sumqayıt yolunda hərəkət iflic oldu: 10-a yaxın zəncirvari qəza baş verdi - FOTO


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR