DİN-in 3 əməkdaşı həyatını itirdi: 6-sı xəsarət aldı

19-09-2023, 09:50 51 dəfə baxılıb

DİN-in 3 əməkdaşı həyatını itirdi: 6-sı xəsarət aldı


Sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR