TƏBİB taxta bazarındakı yanğınla bağlı məlumat yaydı

23-11-2023, 10:07 41 dəfə baxılıb

TƏBİB taxta bazarındakı yanğınla bağlı məlumat yaydı


23.11.2023-cü il saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb, 1 şəxsə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR