İtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənib

Bu gün, 09:16 6 dəfə baxılıb

İtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənib


Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Azər Zirəddin oğlu Bayramovla vida mərasimi keçirilib.

“ “Report” xəbər verir ki, Bakının Xətai rayonunda mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bu gün eyni zamanda digər itkin-şəhidlər Əliyar Fərrux oğlu Əliyev və İlham İmdad oğlu Mehdiyevlə də vida mərasimi keçirilib.

Mərasimlər başa çatdıqdan sonra onların nəşinin qalıqları Suraxanı rayonu “Dədə Qorquq” qəbiristanlığındakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhidlər Azər Bayramov, Əliyar Əliyev və İlham Mehdiyev Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak ediblər. A.Bayramov 8 may və Ə.Əliyev 5 may 1992-ci ildə Şuşa şəhərində, İ.Mehdiyev isə 26 fevral 1992-ci ildə Xocalı şəhərində itkin düşmüş hesab edilirdi.

***

33 il sonra tapılan itkin şəhidlər dəfn olunublar.

Şəhidlərin nəşlərinin qalıqları Suraxanı rayonu “Dədə Qorquq” qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində onların yaxınları, dövlət, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

İtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənibİtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənibİtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənibİtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənibİtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənibİtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənibİtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənibİtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənib


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR