Gəncədə kütləvi dava baş verib.
"Teleqraf" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Əsasən, Kəlbəcər rayonundan olan sakinlərin məskunlaşdığı ərazidə baş verən dava zamanı beş nəfər - Saday Nəzərov (2003), onun qardaşı Zöhrab Nəzərov ( 2005), qohumu Elvin Nəzərov (2006), Elşən Nəzərov (1990), Sakit Nəzərov (1991) xəsarət alıblar.
Onlar Gəncədə yerləşən xəstəxanalara yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
loading...