Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir

Bu gün, 07:25 6 dəfə baxılıb

Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir


Yardımlı Rayon İcra Hakimiyyəti başçısını əvəz edən şəxsin kimliyi məlum olub.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, rayona rəhbərlik müvəqqəti olaraq icra başçısının birinci müavini Azər Xamiyevə həvalə edilib.

O, uzun illərdir Yardımlı Rayon İcra Hakimiyyətində işləyir.

Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 15-də imzaladığı sərəncamla Yardımlının icra başçısı Ayaz Əsgərov vəzifəsindən azad edilib.

Xatırladaq ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl Yardımlıda anti-korrupsiya əməliyyatı keçirib.

Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazov həbs olunublar.

Məlumata görə, onlar qanunsuz torpaq satışında şübhəli bilinirlər. E.Mirzəyev və Y.Eyvazova qarşı vəzifədən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq olunur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR