
Masallı rayonunda üç nəfər göldə boğulub.
“Report” bildirir ki, hadisə rayonun Miyənkü kəndi ərazisində baş verib.
Boğulan şəxslərin hər üçü Miyənkü kənd sakinləridir. Onlar 1981-ci il təvəllüdlü Kərimova Vüsalə Sabir qızı, onun oğlu, 2007-ci il təvəllüdlü Kərimov Elmar İlqar oğlu və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Zamanov Hüseyn Şəmkir oğludur.
Meyitlər sudan çıxarılaraq ailə üzvlərinə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.