Sumqayıtda avtomobil parkında partlayış - YARALILAR VAR

28-07-2018, 18:42 218 dəfə baxılıb

Sumqayıtda avtomobil parkında partlayış - YARALILAR VAR


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib.
Nəticədə parkın ərazisində dayanmış 1 ədən yük və 1 ədəd minik avtomobilində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Sumqayıt Regional Mərkəzinin xilasetmə dəstələri hadisə yerinə cəlb olunub.
İlkin məlumata görə, hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR