Özünü Cavanşir körpüsündən atmaq istəyənlər xilas edilib

6-07-2016, 11:28 363 dəfə baxılıb

Özünü Cavanşir körpüsündən atmaq istəyənlər xilas edilib

















Hadisə ötən gecə baş verib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin Cavanşir körpüsünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirməsi barədə məlumat daxil olub.

Qurumun rəsmi saytının verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaşlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:47-də başa çatıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR