Məşhur futbolçu evində döyüldü

16-05-2020, 10:05 217 dəfə baxılıb

İngiltərənin "Tottenham” klubunun yarımmüdafiəçisi Dele Alli öz evində qarət olunub və döyülüb.

Bu barədə "The Sun” nəşri yazır.

Hadisə gecə saatlarında baş verib. Bıçaqla silahlanmış iki soyğunçu idmançının evinə girib. Bu zaman Dele Alli sevgilisi Rubi Mey və üç dostu ilə birlikdə bilyard oynayırmış.

Qarətçilər idmançının üzünə zərbə vurublar, onun bahalı "Richard Mille” və "Audemars Piguet” saatını, sevgilisi Meyin isə qızıl əşyalarını əllərindən alıblar.

Futbolçunun yoldaşları da hücuma məruz qalıblar.

Hüquq-mühafizə orqanları qarətçiləri axtarır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR