Dibala "Yuventus"da qalır

20-05-2020, 14:12 15 dəfə baxılıb

Dibala "Yuventus"da qalır


İtaliyanın "Yuventus" futbol klubu argentinalı hücumçu Paulo Dibala ilə 2025-ci ilin yayına qədər yeni müqavilə imzalayacaq.

Vesti.ru xəbər verir ki, tərəflər müqavilənin yeni şərtləri barədə razılığa gəliblər və buna görə hücumçunun əmək haqqı artırılacaq.

Bildirilib ki, 30 iyun 2022-ci ilə qədərə imzalanan cari müqaviləyə əsasən Dibala ildə 7,5 milyon avro alır.

Bu mövsümdə 26 yaşlı argentinalı futbolçu "Yuventus"da 34 oyun keçirib, 13 qol vurub və 12 asist verib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR