Neymar karyerasının ən böyük səhvini etdi

20-08-2020, 13:42 461 dəfə baxılıb

Neymar UEFA Çempionlar Liqasının yarımfinal matçı sonrası "Leyptsiq"in hücumçusu Marsel Halstenberq ilə köynəyini dəyişdiyi üçün cərimələnə bilər.

"Paris Sen-Jermen" - "Leyptsiq" qarşılaşmasından sonra Neymar və rəqib komandanın oyunçusu köynəklərini dəyişib.

Braziliyalı oyunçunun koronavirus qaydalarını pozduğuna görə Çempionlar Liqası finalına buraxılmama riski var.

Çempionlar Liqası başlamazdan əvvəl verilən məlumatlara görə, formalarını dəyişən oyunçular bir oyun cəzası almalı və 12 gün ərzində özünü təcrid etmək məcburiyyətindədirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR