“Qarabağ”ın potensial rəqibi müəyyənləşdi –Çempionlar Liqası

18-07-2018, 01:33 460 dəfə baxılıb


“Qarabağ”ın potensial rəqibi müəyyənləşdi –Çempionlar Liqası

“Qarabağ” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Albaniya “Kukesi”si Maltanın “Valletta” klubunu iki oyunun nəticəsinə əsasən üstələyərək, növbəti mərhələyə yüksəlib.

“Qarabağ” Sloveniya “Olimpiya”sını keçəcəyi təqdirdə Çempionlar Liqasının II təsnifat mərhələsində məhz Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin cavab oyunu iyulun 18-i Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlanacaq


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR