"Barselona"da sona qədər mübarizə aparacağam"

22-12-2020, 13:17 162 dəfə baxılıb

"Düzdür, yayı çox pis keçirdim. Onda mövsümün necə bitəcəyindən narahat idim. Ancaq indi yaxşıyam və hər cəbhədə ciddi mübarizə aparmaq istədiyimi hiss edirəm".

Bu sözləri "Barselona"nın kapitanı Lionel Messi AS nəşrinə açıqlamasında deyib.

Aayda "Barselona"dan ayrılmaq fikrinə düşməsi haqda danışan argentinalı hücumçu artıq komanda üçün mübarizə aparacağını və bu fikirdən daşındığını bildirib:

"Həm komandanın, həm də klubun çətin dönəmdən keçdiyini bilirəm. "Barselona"nı əhatə edən hər şeyin mənfi təsiri var. Amma burada sona qədər mübarizə aparacağam".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR