“Real” Ramosun gedişi ilə barışdı

30-01-2021, 16:56 130 dəfə baxılıb

“Real” Ramosun gedişi ilə barışdıİspaniyanın "Real" klubunun kapitanı Serxio Ramos komandanı tərk edəcək.

Bu barədə "kral klubu"na yaxınlığı ilə bilinən jurnalist Xosep Pedrelol paylaşımında məlumat verib.

Onun sözlərinə görə, madridlilər artıq onun gedəcəyini qəbul edib: "Klub prezidenti Florentino Peres Ramosla oteldə görüşdü, ondan maaşını 10 faiz azaltmasını istədi. Müdafiəçi bu endirimlə razılaşmadı. "Real" Ramosa iki seçim təklif etdi: əmək haqqı endirilmədən 1 illik müqavilə və ya endirimlə 2 illik. Futbolçu digər komandaların təkliflərinə baxmaq istəyir. Ramos qalmaq istəsə, Peresə zəng vurub seçimlərdən birini qəbul etməlidir. Amma "Real" onun gedişi ilə barışıb".

Qeyd edək ki, Serxio Ramosun "Real"la müqavilə müddəti mövsümün sonuna qədərdir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR