Pato ABŞ klubu ilə müqavilə bağladı

15-02-2021, 16:46 33 dəfə baxılıb

Pato ABŞ klubu ilə müqavilə bağladıFutbol üzrə Braziliya millisinin sabiq hücumçusu Aleşandre Pato karyerasını ABŞ-da davam etdirəcək.

 31 yaşlı futbolçu "Orlando Siti" ilə anlaşıb.

Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Son olaraq "San Paulo"da forma geyinən Pato avqust ayından azad agent statusu daşıyırdı. O, MLS klubu ilə 1 illik müqaviləyə imza atıb. Pato yeni komandasında "7" nömrəli formanı geyinəcək.
 
Braziliyalı futbolçu karyerası ərzində "Milan" (İtaliya), "Korintians" (Braziliya), "Çelsi" (İngiltərə), "Vilyarreal" (İspaniya), "Tyantzin Tyantsyan" (Çin) kimi klublarda çıxış edib.
 
Pato Braziliya yığmasında 27 oyun keçirib, 10 qol vurub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR