“Qarabağ”ın sabiq futbolçusu kokain istifadə edirmiş - FOTO

10-03-2021, 20:23 183 dəfə baxılıb

“Qarabağ”ın sabiq futbolçusu kokain istifadə edirmiş - FOTORumıniyanın "Dinamo” klubunda çıxış edən "Qarabağ”ın sabiq futbolçusu Maqaye Qeyin qanında qadağan olunmuş maddə tapılıb.

Buxarest təmsilçisinin Seneqal əsilli fransalı hücumçusu Rumıniya Kubokunun "Styaua” ilə oyunundan sonra dopinq testdən keçib. Testin nəticəsinə əsasən onun qanında kokain aşkarlanıb.

30 yaşlı futbolçu yenidən dopinq testi verəcək və cavab yenə müsbət çıxsa, minimum iki ilədək futboldan uzaqlaşdırılacaq.

 

Qeyd edək ki, Maqaye Qey ötən mövsüm "Qarabağ”da oynayıb. Vaxtı ilə "Everton”da oynamış futbolçu Ağdam klubunda keçirdiyi 28 matçda səkkiz qol vurub. Oyunçunun ötən il iyununda 8-də bir illik müqaviləsi qalsa da, klubla yollar qarşılıqlı razılaşma əsasında ayrılıb.

O, oktyabrın 7-də Buxarest "Dinamo”su ilə iki illik müqavilə bağlayıb. Ayına 25 min avro maaş alan futbolçu tez-tez yeni klubunda pulunu ala bilməməsindən şikayətlənib.

 


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR