Mübarəkə çatdı, Əhmədə yaxınlaşır

2-04-2021, 19:09 179 dəfə baxılıb

Mübarəkə çatdı, Əhmədə yaxınlaşırİspaniya millisinin kapitanı Serxio Ramos yığmada 180-ci oyununu keçirib.

35 yaşlı müdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Kosovo ilə matçda (3:1) iştirak edib. Bu qarşılaşma "Real"ın futbolçusu üçün rekordla əlamətdar olub.

O, Oman yığmasının sabiq üzvü Əhməd Mübarəkə çataraq, futbol tarixində milli komanda ilə ən çox oyun keçirən 3-cü futbolçu olub. Hər iki futbolçunun aktivində 180 oyun var.

Bu göstəricidə mütləq rekordçu Misir milli komandasının sabiq futbolçusu Əhməd Həsəndir. Onun aktivində 184 oyun var.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR