Tokio-2020-də iştirak edəcək cüdoçularımız - SİYAHI

6-07-2021, 19:09 58 dəfə baxılıb

Tokio-2020-də iştirak edəcək cüdoçularımız - SİYAHITokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdoçuların adlarına aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, Olimpiadada 128 ölkənin ümumilikdə 385 təmsilçisi ilə yanaşı, Qaçqınlar Komandasının tərkibində 6 cüdoçu 15 dəst medal uğrunda mübarizə aparacaq. 

Azərbaycandan kişilərin yarışında Kəramət Hüseynov (60 kq), Orxan Səfərov( 66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxacaq. Qadınlarda Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (+78 kq)  həmkarları ilə münasibətlərinə aydınlıq gətirməyə çalışacaqlar.

Qeyd edək ki, Tokio Olimpiadasında cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR