Orxan Səfərov Olimpiyadanı medalsız başa vurub – YENİLƏNİB

7-08-2016, 09:27 452 dəfə baxılıb

Orxan Səfərov Olimpiyadanı medalsız başa vurub – YENİLƏNİB












Azərbaycan cüdoçusu Orxan Səfərov Rio-2016-nın yarımfinalında qazaxıstanlı idmançı Yeldos Smetovla münasibətlərinə aydınlıq gətirib

Təmsilçimiz finalın bir addımlığında rəqibinə vaza-ari xalı ilə məğlub olub.

Bürünc medal uğrunda görüşdə isə idmançımız yaponiyalı Naohisa Takotaya uduzub.

Beləliklə, Orxan Səfərov "Rio-2016" Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurub.

06.08.2016 20:41

Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının 1/16 finalında Xuan Postiqosu (Peru) sınağa çəkib. Vazaari və yuko fəndləri ilə qalib gələn təmsilçimiz 1/8 finalda Otar Bestayev (Qırğızıstan) ilə qarşılaşıb. Görüşün gedişində geri düşən idmançımız ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Bu mərhələdə həmyerlimiz braziliyalı cüdoçu Felipe Kitadai ilə görüşüb. Bu rəqibini də ipponla məğlub edən Orxan yarımfinala yüksəlib.

Cüdoçumuz bu mərhələdə qazax idmançı Yeldos Smetovla münasibətlərinə aydınlıq gətirəcək.

17:56

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov mübarizəyə qoşulub.

Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/32 finalda Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gəlib. Rəqibini məğlub edən O.Səfərov növbəti mərhələyə yüksəlib.

Cüdoçumuz 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayev ilə üz-üzə gələcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR