“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı

30-08-2018, 23:00 445 dəfə baxılıb

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı


"Qarabağ" klubu tarixində 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan təmsilçisi bu dəfə pley-off mərhələsində Moldova "Şerif"ini mübarizədən kənarlaşdırıb. Ötən həftə səfər matçında 0:1 hesabı ilə uduzan Ağdam komandası bu gün Tofiq Bəhramov adına Respublika stadionundakı cavab görüşündə rəqibini darmadağın edib - 3:0. Hesabı artıq 9-cu dəqiqədə Abdullah Zubirin ötürməsindən sonra Maksim Medvedev açıb. 42-ci dəqiqədə künc zərbəsindən sonra Donald Gerrye başla topu tora göndərib. Matçda son nöqtəni isə 55-ci dəqiqədə Filip Ozobiç vurub.

Bununla da "Qarabağ" ardıcıl beşinci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR