Luçesku: "Hələ çox gəncəm, işləməyə enerjim var"

15-02-2019, 12:08 268 dəfə baxılıb

Luçesku: "Hələ çox gəncəm, işləməyə enerjim var"


Türkiyə milli komandasının baş məşqçi postundan göndərilən Mirça Luçesku "Anadolu Ajansı"na danışıb.

73 yaşlı mütəxəssis baş məşqçi karyerasına davam edəcəyini deyib:

"Türkiyə yığmasında hədəfimi reallaşdırdım. Gənc komanda formalaşdırmışam. Yaş ortalaması 29-dan 23,5-ə düşdü. Yerimə gələn baş məşqçiyə jest etmişəm. Türkiyənin hər zaman qəlbimdə xüsusi yeri var. Mən hələ çox gəncəm. Enerjim işimə kifayət qədər yetir. Avropada fərqli bir klubda işləyə bilərəm. Başqa qitəyə də yollana bilərəm. İrəliləyən zamanda hər şeyi görəcəyik".

Qeyd edək ki, rumıniyalı çalışdırıcı "İnter", "Qalatasaray", "Beşiktaş", "Şaxtyor" və "Zenit" kimi klublarda baş məşqçi olub. Təcrübəli mütəxəssis Türkiyə millisinin baş məşqçi postuna 2017-ci ildə keçmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR